Son illərdə texnologiyanın inkişafı ilə birlikdə simsiz rabitə vasitələrinin sağlamlığa təsiri ilə bağlı suallar artıb. Xüsusilə evdə Wi-Fi cihazlarının davamlı işləməsinin xərçəng riski yaradıb-yaratmadığı tez-tez müzakirə olunur.
Medicina.az xəbər verir ki, Wi-Fi cihazları məlumat ötürmək üçün radiofrekans elektromaqnit dalğalarından istifadə edir. Bu dalğalar:
aşağı enerjilidir ionlaşdırıcı deyil.
Bu isə o deməkdir ki, onlar DNT-ni zədələyən rentgen və ya radiasiya kimi təsir göstərmir.
Beynəlxalq qurumlar, o cümlədən World Health Organization bildirir ki:
Wi-Fi və mobil siqnallar ionlaşdırıcı olmayan radiasiya kateqoriyasına daxildir.bu tip şüalanmanın xərçəng yaratması birbaşa sübut olunmayıb.
Niyə insanlar belə düşünür?
texnologiya ilə bağlı qeyri-müəyyənlik
sosial mediada yayılan qorxulu məlumatlar
elektromaqnit sahələrinin “görünməz” olması
Real risk faktorları hansılardır?
Xərçəng riskini artırdığı sübut olunmuş əsas faktorlar:
siqaret
alkoqol
piylənmə
günəş şüalarının həddindən artıq təsiri
bəzi viruslar.
Bunlarla müqayisədə Wi-Fi riski elmi olaraq təsdiqlənməyib.
Evdə Wi-Fi cihazının açıq qalması ilə xərçəng yaranması arasında birbaşa elmi əlaqə yoxdur.
Lakin ehtiyat üçün:
cihazları yataq başına çox yaxın qoymamaq
gecə istifadəni azaltmaq kimi sadə tədbirlər görülə bilər.
Aygün Musayeva