Xaçmazda zəncirvari qəza: Xəsarət alan var - FOTO

  • 2026.01.14 10:36
  • 66 Baxış
Xaçmazda zəncirvari qəza:  Xəsarət alan var - FOTO

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xaçmazda zəncirvari qəza:  Xəsarət alan var - FOTO
Xaçmazda zəncirvari qəza:  Xəsarət alan var - FOTO