Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artistinin oğlu vəfat etdi

  • 2025.07.29 11:10
  • 255 Baxış
Xalq artistinin oğlu vəfat etdi

Azərbaycanın xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Qeyd edək ki, Ə.Məmmədov 1968-ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsini bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində və Bakı şəhər Nərimanov Məhkəməsində çalışıb.

Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş təhqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində baş təhqiqatçı vəzifəsində də işləyib.

Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq.