Xalq artistinin son durumu - Süni tənəffüs aparatındadır

  • 2025.10.11 17:25
  • 111 Baxış
Xalq artistinin son durumu  - Süni tənəffüs aparatındadır


"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ki, ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin".

"Medicina" xəbər verir ki, bunu oxu.az-a açıqlamasında tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.


"Ağciyərində virus azalmağa doğru gedir, ümumi nəticə yaxşıdır. Böyrəklər də yavaş-yavaş da olsa funksiyalarını bərpa edir. Günaşırı dializ olunur. Sonda məlum olacaq ki, böyrəklər üçün gələcəkdə nələr tələb olunur. Yəni daimi dializ də oluna bilər, dializ olunmaya da bilər.

Böyrəklər funksiyalarını yerinə yetirməyə başlayandan sonra baxacaqlar, əgər hər şey normal gedərsə, ola bilər ki əlavə prosedurlara ehtiyac qalmasın. Ciyərlər bərpa olunsa, gələn həftəyə evə buraxıla bilər. Amma hələ ki, həkimlər dəqiq bir şey deməyiblər",.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

MEDİCİNA.AZ