Xalq artisti Şahnaz Haşımova əməliyyat edilib.
Bu barədə "Unikal"a sənətçinin nəvəsi Eldar Abdullayev məlumat verib.
Onun sözlərinə əməliyyat uğurla başa çatıb:
"Xalq artisti, Prezidentin təqaüdçüsü Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitib. Hazırda palata şəraitində müalicəsi davam etdirilir. Əməliyyatı Gəncə şəhər Birləşmiş Xəstəxanası direktoru cərrah İlkin İsmayılov və xəstəxananın ümümi cərrahı Anar Cəfərov uğurla həyata keçirib".
O, əlavə edib ki, Şahnaz Haşımovanın vəziyyəti normaldır.