Səhhəti yaxşılaşan xalq şairi evə buraxıla bilər.
"Medicina" xəbər verir kibunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yeni ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək".
Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.
"Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır", - məlumatda qeyd edilib.
Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.