Babasil və çata qarşı 5 çarə - Evdə türkəçarə reseptləri

  • 21 Oktyabr, 2019
  • 18721 Baxış
Babasil və çata qarşı 5 çarə - Evdə türkəçarə reseptləri
Hemorroy, anal çat kimi problemlər hazırda uşaqdan yaşlıya kimi çox insanı narahat edir. 

Medicina.az babasil düyünləri, anusda çat zamanı köməyinizə yetəcək 5 sadə, əlçatan üsulu sınamağınızı təklif edir. Bu reseptlər iltihabı azaldacaq, düyünləri kiçildəcək, çatı sağaldacaq, qanaxmanı dayandıracaq.

1.Adi kartofu soyub, ortasından şam formasında uzununa bir hissə kəsib çıxarırsız. Onu anus dəliyinə qoyub, yatırsız. Eləcə də çiy kartofun suyunu səhərlər sıxıb içmək, kartof suyundan babasilə kompress etmək olar.

2.Çobanyastığı – dəmləyib vanna etmək, kompress və imalə etmək lazımdır.

3.Sarımsaq – ağrıkəsici, antibacterial təsir edir.  Babasili olanlar sarımsağı soyub anal dəliyə qoyub yatırlar. Eləcə də 2 litr südü isidib bura 200 qr narın sarımsaq töküb qarışdırır, bunda vanna edirlər.

4. Bal şamı və propolis – Çiy kartofdan stolbik kimi uzunsov şamabənzər hissə kəsib, ona təmiz bal çəkib, anal dəliyə qoyulur. 
80 qr vazelini 7 qr propolislə qatıb əridir, tənzifdən keçirirsiz. Bu mazı pambığa çəkib, tampon kimi hemorroya qoyursuz.

5.Soyuq su və buz

Qaynanmış suyu buz üçün formalara (hazır satılır, soyuducu üçün) töküb buzxanada dondurursuz. Güclü ağrı və qanayan düyünlərdə bu buzlardan birini götürüb həmin nahiyəyə qoyursuz. 

Eləcə də marqanslı suyu (0,1 %) beləcə dondurub istifadə edə bilər, marqansın çox zəif məhlulundan kompress edə bilərsiz