Xarici görünüşündəki 5 dəyişikliyə diqqət – Üzün şişirsə...

  • 2023.06.14 19:02
  • 2260 Baxış
Xarici görünüşündəki 5 dəyişikliyə diqqət  –  Üzün şişirsə...
Xarici görünüşdəki 5 dəyişiklik ciddi sağlamlıq problemlərindən xəbər verir. İnsanın çəkisi və əhvalındakı pozulmalar bir siqnaldır.



“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, bəzi hallarda ciddi sağlamlıq problemlərindən xəbər verən dəyişikliklər bunlardır:

Çəki - bədən çəkisinin qəfil dəyişməsi, həm aşırı kökəlmə, həm arıqlama həkimə getməyə səbəbdir.
Əgər qısa müddət ərzində bir insan həyat tərzini dəyişmədən çox köklənibsə və ya arıqlayıbsa, o zaman terapevtə müraciət etməlidir. Ani çəki artımı xərçəng də daxil olmaqla ciddi xəstəliklərdən xəbər verə bilər.

Əhval-ruhiyyə - ciddi sağlamlıq problemlərinə görə depressiv vəziyyətlər də yarana bilər. Onlar uzun müddət (bir ay və ya daha çox) müşahidə edilərsə, hormonal disbalans yoxlanmalıdır.


Şişkinlik - üzün şişməsi endokrin anomaliyaların, tiroid vəzinin problemlərinin əlaməti ola bilər. Ayaqların şişməsi ürək xəstəliyinin, qan laxtalanmasının əlamətidir.

Erkən qocalma - qırışlar, şişkin göz qapaqları, solğun dəri - həm endokrin, həm də ürək-damar və ya sidik sistemində müxtəlif xəstəlikləri göstərə bilər.

Dəri və saç - dərinin həddindən artıq qurumasına və ya əksinə, yağlanmasına göz yummaq olmaz. Bundan əlavə, qoltuqlarda, dirsəklərdə və ya göz qapaqlarında, boyunda görünən tünd dəri sahələri diqqət yetirmək lazımdır”.

Günay Quluzadə