Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar

  • 2024.03.27 11:00
  • 1412 Baxış
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
Ən qorxulu xəstəliklərdən biri olan xərçəng bədəndə səssizcə irəlilədikdən sonra bəzi əlamətlərlə ortaya çıxır.

Medicina.az xəbər verir ki, son illərdə xərçəngin gənc yaşdakı insanları da öldürdüyünü nəzərə alan mütəxəssislər xərçəngdən qoruyan və xərçəng hüceyrələrini öldürən bəzi bitki çaylarının təsirlərini izah ediblər.

Bildirilib ki, bəzi bitki çayları müntəzəm olaraq istehlak edildikdə, xərçəng hüceyrələrini hədəf alır, onları kiçildir və zamanla bədəndən atılmasını təmin edir.


Yaşıl çay

Antioksidant baxımından çox zəngin olan yaşıl çay xərçəng hüceyrələrinin böyüməsinə maneə törətdiyi üçün tez-tez istehlak edilməsi tövsiyə edilən bitki çaylarından biridir. Yaşıl çay müntəzəm olaraq istehlak edildikdə xərçəng prosesini sürətləndirən toksinlərin bədəndən çıxarılmasını asanlaşdırır.


Çobanyastığı çayı

Antioksidantlarla zəngin olan və ümumiyyətlə sakitləşdirici xüsusiyyətləri ilə seçilən çobanyastığı çayı xərçəngə meyilli hüceyrələrin inkişafını dayandırır. Bu şəkildə xərçəngin yaranma ehtimalını azaldır.


Sarıkök çayı

Sarıkökün tərkibindəki kurkumin maddəsi bədəndəki iltihabı azaldır. Xərçəngdən qorunma təmin edən sarıkök həm də xərçəng hüceyrələrinin böyümə prosesini dayandırır.


Hibiskus çayı

Arıqladıcı və ödemi aradan qaldıran təsiri ilə tanınan hibiskus çayı xərçəngə qarşı da təsirlidir. Hibiskus çayı xərçəngdən qoruyan və xərçəng hüceyrələrinin inkişafının qarşısını alan çox təsirli bitki çayı olduğundan ehtiyatla istehlak edilməlidir. Gündə 1 stəkandan artıq içmək məsləhət görülmür. Hibiskus çayını mütəmadi içmək üçün mütləq həkimlə məsləhətləşmək lazımdır.


Adaçayı:

Ətri və dadının gözəlliyi ilə fərqlənən adaçayı faydalarına görə də tez-tez istehlak edilməsi lazım olan bitki çayları arasında yer alır. Antioksidantlarla zənginliyi sayəsində xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.


Aysel