ABŞ-da 2026-cı ildə 2,1 milyondan çox yeni xərçəng halının qeydə alınacağı gözlənilir. Mütəxəssislər bəzi sağlam həyat tərzi vərdişlərinin xərçəng riskini azaltmağa və xəstəlik yarandıqda müalicə nəticələrini yaxşılaşdırmağa kömək edə biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, onkoloq Loren Rourke 5 əsas vərdişə diqqət çəkir. Bunlardan birincisi sağlam çəki saxlamaq və müntəzəm fiziki aktiv olmaqdır. Mütəxəssislər həftədə 150-300 dəqiqə orta intensivlikli fiziki fəaliyyət tövsiyə edirlər. Sürətli gəzinti, velosiped sürmək və üzgüçülük də buna daxildir.
Digər vacib məqam sağlam qidalanmaqdır. Tərəvəz, meyvə, tam taxıllı məhsullar və paxlalılarla zəngin qidalanmaq, qırmızı və emal olunmuş ətin, şəkərli içkilərin və çox emal olunmuş məhsulların qəbulunu azaltmaq məsləhət görülür.
Siqaretdən uzaq durmaq da xərçəng riskinin azaldılmasında mühüm rol oynayır. Alkoqol qəbulunu məhdudlaşdırmaq da tövsiyə olunur.
Mütəxəssislər qeyd edirlər ki, heç bir həyat tərzi xərçəngdən tam qorunmağa zəmanət vermir. Lakin sağlam çəki, hərəkət, düzgün qidalanma, siqaretdən uzaq durmaq və alkoqolu məhdudlaşdırmaq xəstəliyin riskini azaltmağa kömək edə bilər.
Xanım,
Medicina.az