Xərçəng xəstəliyindən qorunmaq üçün 5 vacib qayda

  • 2023.01.24 15:07
  • 2366 Baxış
Xərçəng xəstəliyindən qorunmaq üçün  5 vacib qayda

Xərçəng xəstəliyinin yaranmasına həm genetik meyillilik, həm də xarici faktorlar - ionlaşdırıcı şüalanma, kanserogen maddələr (məsələn, asbest, arsen) və ya xəstəlikyaradan orqanizmlər (patogenlər) səbəb ola bilər.

Xərçəngdən tamamilə sığortalanmaq mümkün deyil, ancaq onun riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri xərçəng xəstəliyindən qorunmaq üçün beş qaydaya əməl etməyi məsləhət görürlər. Həmin məsləhətləri təqdim edirik:

1.Siqaretdən və tütün tüstüsündən çəkinin. Siqaret qutularının üzərində iri hərflərlə yazılmış xəbərdarlıq təsadüfi deyil. Siqaret çəkmək və ya tütün çeynəmək təkcə ağciyər xərçəngi deyil, həm də qırtlaq, prostat, mədəaltı vəzi, böyrək, sidik kisəsi və digər orqanların xərçənginə səbəb ola bilər.

2.Təhlükəsiz cinsi əlaqə və tibbi prosedurlar. Xərçəng riskini artıra bilən müəyyən viruslar cinsi yolla, həmçinin qan vasitəsilə (məsələn, iynələr və ya təkrar istifadə edilə bilən tibbi alətləri) ötürülür.

3.Müntəzəm olaraq özünüzü yoxladın. İdeal haldahər altı ayda bir həkim tərəfindən tam profilaktik müayinə aparılmalıdır.

4.Peyvənd olun. Kiçik ödəniş və ya hətta ödənişsiz olaraq, siz hepatit, insan papillomavirusu və digər xəstəliklərə qarşı peyvənd ala bilərsiniz ki, bu da xərçəngin müəyyən növlərinin riskini əhəmiyyətli dərəcədə azaldır.

5.Sağlam pəhriz və aktiv həyat tərzi. Meyvə və tərəvəzlərlə zəngin balanslaşdırılmış pəhriz, yaxşı yuxu rejimi və gündə ən azı bir qədər idmanla məşğul olmaq immun sisteminizi gücləndirməyə,ə xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən yayınmağa kömək edəcək.