Xərçəngdə qaşınma və allergiya olurmu? - Xəstələri və həkimləri çaşdıran simptom

  • 2023.07.24 14:56
  • 4869 Baxış
Xərçəngdə qaşınma və allergiya olurmu?  -  Xəstələri və həkimləri çaşdıran simptom
Alimlər çoxdan sübut edib ki, bədəndə qaşınma, bəzi səpkilər və allergiya kimi hiss onkologiya ilə birbaşa bağlı ola bilər.


Təəssüf ki, bunu bir çox onkoloqlar və allerqoloqlar ilkin diaqnozda nəzərə almır, ötürür və ya şübhələnmir.
Xəstələr isə hər şeydən xəbərsiz allergiyadan müalicə almağa başlayır və qiymətli vaxt itirilir.

Necə ki, jurnalist Natavan Babayevanın xəstəliyi və metastazı özünü belə göstərmişdi.

Əlbəttə qaşınma, dəri əlamətləri xəstəni bir tərəfdən narahat edir və allerqoloq müalicəsi olmalıdır. Amma baş allergiyaya qarışanda, xərçəngdə vacib olan qızıl vaxt itirilir.

“Medicina” xəbər verir ki, dəridə qaşınma, qızarma, allergik təsirlər onkologiya riskini 6 dəfə artırır və ya dolayı simptom ola bilər.

Qaşınma və dəri əlaməti şişin yerləşdiyi nahiyədən asılı olaraq dəyişir.

ABŞ Dermatologiya Akademiyasının alimləri 17 min pasiyent üzərində 5 il müşahidə aparıblar. Bu insanların içində qaşınma və dəri allergiyasından şikayət edənlərdə xərçəng riski 6 dəfə yüksək idi, nəinki belə simptomları olmayanlarda.

Dəridə qaşınması olan xəstələrdə daha çox qaraciyər, pd kisə, dəri xərçəngi, prostat, mədəaltı vəz, süd vəzi xərçəngi yer alır.

Səpkili dəri qızarması və alovlu qaşınma isə daha çox sümük xərçəngi, qan xərçəngi, karsinomalarda olur.
Həkimlər və alimlər bildirir ki. çox hallarda məhz səbəbsiz qaşınma elə yeni törəmənin ilk siqnalı olur.



Ona görə yaşı 50-dən yuxarı, xüsusən uşaq və qocalarda qəfil, yerli, səbəbsiz qaşınmada diaqnozu dərindən təhlil etmək lazımdır.

- Uşaqlıq, yumurtalıq xərçəngində qaşınma qasıq nahiyəsi, bel və qarında olur
- Bağırsaq xərçəngində anus nahiyəsində

- Bud içi və qasıqda prostat xərçəngi
- Baş beyin şişlərində isə qaşınma boyun, üz və burunda olur.

- Qolaltı, sinədə, süd vəzi gilələrində güclü qaşınma süd vəzi şişlərində ola bilər.

Allerqoloqlar qaşınması olan xəstələrin klinik simtomlarını onkologiya nəzərə alınmaqla təhlil etməlidir.

Aygün Musayeva