Xərçəngdən qorunmaq üçün bağırsaq mikroflorası əsasdır - ALİMLƏR

  • 2022.03.02 14:50
  • 1796 Baxış
Xərçəngdən qorunmaq üçün bağırsaq mikroflorası əsasdır  - ALİMLƏR

London Kral Kolleci, Trento Universiteti, İtaliyanın Avropa Onkologiya İnstitutu və Niderlandın Qroningen Universitetinin alimləri bağırsaq bakteriyalarının tərkibi ilə xərçəng müalicəsinin effektivliyi arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılardan biri, doktor Karl Linin sözlərinə görə, ilkin nəticələr bağırsaq mikrobiomunun (yəni bağırsaq bakteriyalarının tərkibinin) xərçəngin immunoterapiyasında rol oynadığını göstərir. Bu, mikrobiomun insan immuniteti ilə əlaqəli olması ilə izah olunur.

Bağırsaqdakı bakteriyaların tərkibi bir neçə yolla dəyişdirilə bilər. Onlardan biri düzgün qidalanmadır. Buraya transplantasiya və probiyotik qəbulu kimi üsullar da daxildir. İnsan orqanizmindəki mikrobiom dəyişdikcə, bağırsaq bakteriyalarının immunitet sisteminə təsiri də dəyişir.

Qeyd edək ki, tədqiqat zamanı Böyük Britaniya, Hollandiya və İspaniya klinikalarından olan xəstələrin böyük bir qrupunun bağırsaq mikrobiomunun nümunələri təhlil edilib. /oxu.az