Xərçəngdən qorunmaq üçün dərin yatmaq lazımdır – Fizioloq

  • 2026.05.09 16:57
  • 100 Baxış
Xərçəngdən qorunmaq üçün dərin yatmaq lazımdır  –  Fizioloq


Mütəmadi, keyfiyyətli yuxu xərçəngdən qorunma təmin edən əsas profilaktikadır.

Medicina.az xəbər verir ki, türkiyəli fizioloq Levent Öztürk xərçəngin qarşısının alınması üçün müntəzəm yuxunun vacibliyindən danışıb.


Öztürk müntəzəm, dərin yuxunun immunitet sistemini gücləndirdiyini və nəticədə xərçəngdən qorunmanı artırdığını bildirdi.

Həftədə bir dəfə aspirin qəbul etmək də müxtəlif xərçəng növlərindən qoruyur.

"Xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün bədən güclü olmalıdır. Lazım olduğu qədər yatmaq lazımdır. Mütəmadi, sağlam yuxu immunitet sistemini gücləndirir və güclü olduqda xərçəngə qarşı güclü bir qalxandır", - deyə professor danışıb.


İnsan bədənində xərçəngə və şiş əmələ gəlməsinə meylli hüceyrələri məhv edən hüceyrələr var. İnsan kifayət qədər və ya zəif yatdıqda, bu xərçəngi yatıran hüceyrələrin fəaliyyəti azalır və xərçəngə qarşı həssaslığı artırır.


Aygün M