Xərçəngə qarşı badımcan kəşf edildi

  • 2026.01.15 17:38
  • 143 Baxış
 Xərçəngə qarşı badımcan kəşf edildi


İspaniyalı alimlər onkoloji xəstəliklərlə mübarizə aparmağa kömək edə biləcək yeni badımcan növü hazırlayıblar.


Medicina.az xəbər verir ki, müxtəlif növlərin çarpazlaşdırılması yolu ilə əldə edilən tərəvəzin toxumlarında xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almaq qabiliyyətinə malik təbii birləşmələr var.


Heyvanlar üzərində aparılan sınaqlar gələcəkdə şişlərin müalicəsi üzrə yeni metodların işlənib hazırlanması üçün təzə yollar açır.

Alimlər "S0506" badımcan növünün ("Solanum melongena L.") yetişmiş və yağsız toxumlarından əldə edilən ekstraktı araşdırıblar. Onun yoğun bağırsaq xərçəngi hüceyrələrinə təsiri hətta olduqca aşağı konsentrasiyalarda belə güclü antiproliferativ təsir nümayiş etdirib.

Xüsusilə vurğulanıb ki, estrakt həmçinin dərman müqavimətinə və residivə görə məsuliyyət daşıdığı hesab edilən şiş kök hüceyrələrinə də təsir göstərib.


Alimlərin sözlərinə görə, əldə edilən nəticələr bu istiqamətdə tədqiqatların davam etdirilməsini tələb edir.

MEDİCİNA.AZ