Xərçəngin bağırsaqlarla əlaqəsi var...- Tomas Rau

  • 2024.04.19 15:16
  • 597 Baxış
Xərçəngin bağırsaqlarla əlaqəsi var... - Tomas Rau


Bu sözləri Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində təşkil edilən 3 günlük seminardakı mühazirəsində İsveçrənin Sonnenberq BioMed mərkəzinin təsisçisi və baş həkimi Dr.med. Tomas Rau söyləyib. Xatırladaq ki, seminarın aprelin 18-də keçirilən sonuncu mövzusu “ Xərçəngin miltimodulyar inteqrativ müalicəsi” nə həsr olunmuşdu.

"Medicina" xəbər verir ki, 20 ildən yuxarı müxtəlif növ xərçəng xəstəliklərinin müalicəsi ilə məşğul olan T.Rau xərçəngin əmələ gəlməsi ilə bağırsağın əlaqəsinin olduğunu minlərlə xəstədə bu problemin səbəblərini araşdırarkən gəldiyi qənaətə əsasən söylədiyini bildirib.


Məlumdur ki, immun sistemin dayanıqlığının 70 faizi bağırsaqların normal fəaliyyətindən, öz funksiyasını düzgün yerinə yetirməyindən asılıdır.Orqanizmdə bağırsaqların funksiyasının pozulması nəticədə immun sistemin çökməsinə gətirib çıxarır.

Dünyanın tanınmış onkoloqları zəifləmiş immun sisteminin xərçəngin səbəblərindən biri olduğunu qeyd edirlər.İnteqrativ Tibb üzrə beynəlxalq ekspert olan İsveçrəli həkimin fikrincə, xərçəngin müalicəsində vacib amillərdən biri xəstəliyin səbəblərini düzgün araşdırmaqdır. Həmin səbəblər xəstəliyin tipindən asılı olaraq müxtəlif ola bilər. Bu müxtəliflik hətta pasientlərə görə də fərqli şəkildə dəyişir.


Dr.med.Tomas Rau onu da bildirib ki, xərçəngin yaranmasında daxili xarici toksinlər, gündəlik hadisələr, maneə sahələri və təbiətdən gələn zərərli təsirlər əsas rol oynayır. Önəm daşıyan səbəblərdən biri qeyd edildiyi kimi, orqanizmin toksinlərlə yüklənməsidir.


İnteqrativ Tibb metodlarının üstünlüyü onun fərqli səbəblərdən qaynaqlanan xərçəng xəstəliyinin müalicəsinə məhz fərdi və fərqli yanaşmasıdır. Bu xəstəliyin İnteqrativ Tibb metodları ilə müalicəsində aldığı uğurlu nəticələrə görə böyük təcrübəyə malik T.Rauya görə müalicənin ilk mərhələsində detoksikasiya- yəni orqanizmin toksin və şlaklardan təmizlənməsi həyata keçirilməlidir. Sonrakı mərhələlərdə immun sisteminin dəstəklənməsi və inteqrativ tibbin digər metodları tətbiq olunmalıdır.

Əcnəbi mühazirəçinin xərçəng xəstəliyinin müalicəsinə yanaşması və nəticə əldə etmək üçün təqdim etdiyi müalicə taktikası seminar iştirakçılarının marağına səbəb olub.

Aygün M
Medicina.az




Xərçəngin bağırsaqlarla əlaqəsi var... - Tomas Rau