Xərçəngin müalicəsində yeni üsul

  • 2024.03.13 13:00
  • 441 Baxış
Xərçəngin müalicəsində  yeni üsul
LAG-3 zülalı azaldıldıqda xərçəngin müalicəsinin səmərəliliyinin artdığı müəyyən edilib.

Medicina.az xəbər verir ki, bu, Stanford və Nyu-York universitetlərinin alimlərinin apardıqları elmi tədqiqatlar zamanı aşkarlanıb.

Bildirilib ki, bəzi xərçəng növlərində şiş hüceyrələri “immunitet sisteminin ləngidiciləri" adlanan zülalları “ələ keçirirlər”.

Bu zülallar normalda, yəni funksiyasını düzgün yerinə yetirdikdə, immun sistemi hüceyrələrinə təhlükələri tanımağa və məhv etməyə kömək edirlər. Lakin xərçəng hüceyrələri onları udduqda bu, proses baş vermir. Beləliklə, xərçəng sürətlə irəliləyir, üstəlik immunoterapiyanın səmərəliliyi də azalır.

Qeyd edək ki, tədqiqatın nəticələri “Proceedings of the National Sciences Academy” (PNAS) jurnalında dərc olunub.

Aysel