" Xəstələr koronavirusun özündən yox, yanlış müalicədən ölürlər" - Ən ağır xəstələrlə çalışan tibb bacısı

  • 2020.05.08 15:41
  • 1443 Baxış
 " Xəstələr koronavirusun özündən yox, yanlış müalicədən ölürlər"  - Ən ağır xəstələrlə çalışan tibb bacısı


Koronavirusla mübarizədə ön cəbhədə çalışan bir tibb bacısı iddia edib ki, virusdan ölüm səbəbinin çox olması diqqətsizlik və laqeydlikdən irəli gəlir.



Medicina.az xəbər verir ki, Nyu York xəstəxanalarının birində çalışan Nikol Sirotek adlı tibb bacısı deyib ki, xəstələr düzgün müalicə edilmədiyi üçün ölümə məhkum olurlar.


"Bu insanlara əhəmiyyət vermirlər. Və sadəcə onların ölməsini izləmək məcburiyyətindəyəm. Yaşamaq istəyirsinizsə Nyu Yorkdan uzaqda qalın''



37 yaşlı Nicole Sirotek, dəhşətli bir açıqlama da verib.O deyir ki, bir tibb bacısının səhvindən xəstənin ağciyərlərinə qidalanma borusu yerləşdirilib.Nəticədə xəstə əzab içərisində ölümə məhkum olub .

''Mən anestezioloqların intubasiya etməyə çalışarkən öz qanında boğulan xəstələr görürəm.Burada koronavirusdan yox, potensial səhlənkarlıqlardan insanlar həyatlarını itirir.''