Hp mənşəli qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri- Səbəblər, müalicə

  • 10 Avqust, 2019
  • 5922 Baxış
Hp mənşəli qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri- Səbəblər, müalicə
Müntəzəm qıcqırma, mədə nahiyəsində ağrı (acqarına, yeməkdən sonra, gecə ağrıları) sizi narahat edir?
Bu Helicobacter pylori (Hp) mənşəli qastrit, mədə və 12 barmaq bağırsağın  xora xəstəliklərinin əlaməti ola bilər; yoluxma insandan insana fekal-oral, oral-oral yolla keçir (ailədə Hp mənşəlı qastritli xəstə varsa, ailə üzvlərini yoluxdura bilər).

Medicina.az xəbər verir ki, təsdiq olunmuşdur ki, xora xəstəliyindən əziyyət çəkən pasientlərin 99.9% də Helikobaktery aşkar olunmuşdur. Bu xəstəlik bəzən gizli, heç bir əlamət olmadan gedə bilər ki, belə hal daha təhlükəlidir. Çünki gizli gedən və zamanında müalicə olunmayan xora xəstəliyi həyat üçün təhlükəli olan fəsadlarla sonlana bilər.

Hp mənşəli qastrit, mədə və 12 barmaq bağırsağın  xora xəstəliklərinin fəsadları:

- Atrofiya-metaplaziya-diplaziya-mədə xərçəngi
- MALT limfoması
- Qanaxma
- Perforasiya
- Penetrasiya
- Stenoz
- Xərçəng
 


Diaqnozu təsdiqləmək  üçün laborator və instrumental müayinələr aparılmalıdır.

Klassik təbabətdə Hp mənşəli mədə xəstəliklərinin müalicəsi antibiotiklə aparılır. Antibiotikə rezistentlik olduqda bir neçə müxtəlif antibiotiklə müalicə aparmaq lazım olur (1 kurs ən azı 14 gün davam edir). Nəticədə Hp mənşəli qastrit və 12 barmaq bağırsağın xora xəstəliyi nəinki çətinliklə müalicə olunur, həmçinin xəstə antibiotiklərin müxtəlif yan təsirlərinə məruz qalır (disbakterioz, psevdamembranoz kolit, allergiya), immun sistemi zəifləyir.

Müalicə
Bioloji Təbabət müalicəyə fərqli yanaşır. Bu məqsədlə biotənzimləyici, mikrobioloji, immunoloji statusu bərpa etmək üçün müalicə aparılır. 
Müalicə nəticəsində Helicobacter pylori eradikasiya olunur və onun törətdiyi fəsadlar aradan qaldırılır. Biotənzimləyici terapiya orqanizmin fizioloji funksiyalarını bərpa edərək iltihabı, immundisfunksiyanı aradan qaldırır, orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyətini artırır və regenerasiyanı yaxşılaşdırır.
Bu məqsədlə Almaniya istehsalı olan təbii tərkibli, nanodozalarda olan preparatlardan istifadə edilir. Kiçik dozalı, zəngin tərkibli bu preparatlar orqanizmə etiopatogenetik təsir göstərir, heç bir əlavə təsiri və əks-göstərişi yoxdur. Müalicədə qastroenteroloq, dietoloq iştirak edir.
 



BİOLOJİ TƏBABƏT KLİNİKASI
Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında
Tel: (012) / (050) (055) / (070) 430 89 89
www.btk.az
www.facebook.com/bioloji.tababat/
www.instagram.com/bioloji.tebabet/