“Xəstəliyimə sevinənləri Allaha tapşırıram!” - Hafiz Hacıyev

  • 2021.11.05 11:10
  • 1417 Baxış
“Xəstəliyimə sevinənləri Allaha tapşırıram!” -  Hafiz Hacıyev
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Modern.az-a partiya sədri özü məlumat verib.

Hazırda ev şəraitində müalicəsini davam etdirən Hafiz Hacıyev özünü yaxşı hiss etdiyini deyib:

“Doğrudur, tam yaxşı deyiləm, müalicə davam edir, oksigenlə dəstək alıram”.

H. Hacıyev danışmaqda çətinlik çəksə də, onun koronavirusa yoluxmasına sevinənlərə cavab verməkdən geri qalmayıb:

“Danışa bilmirəm. Allaha tapşırıram hamısını. Kim nə edir, Allah qarşısında cavabdehdir. Bu dünyada olmasa da, o biri dünyada cəzasını alacaq”.


Sədr koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərə təşəkkürünü bildirib.


Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.