Xəstəxanadan çıxandan halını soruşan yoxdur, müalicəsini özümüz edirik - Ənvər Həsənovun qızı

  • 2022.10.24 16:50
  • 1750 Baxış
Xəstəxanadan çıxandan  halını soruşan yoxdur, müalicəsini özümüz edirik   - Ənvər Həsənovun qızı

“Ənvər Həsənova kömək edəcəm deyərək sinəsinə döyən adamlar hamısı yaxasını çəkib durub qıraqda. Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etdim ki, atamıın prezident təqaüdü alması üçün kömək etsinlər, barı öz müalicə xərclərini öz pulu ilə ödəyək, heç nə etmədilər…”



"Medicina" xəbər verir ki, bunu Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Yenicag.az-a açıqlamasında deyib.


“Atam xəstəxanadan çıxsa da, ev şəraitində müalicəsi davam edir. Maddi xərclərini də özümüz çəkirik. Xəstəxanadan çıxandan bəri nə maraqlanan, nə də halını soruşan var. Məni incidən odur ki, ömrünü, həyatını sənətə həsr edən sənətkara qarşı belə laqeyd münasibət bəslənir. Atam da buna görə çox pis olur.


Axı sənətkara qarşı belə biganə münasibət düzgün deyil. O, öz haqqını istəyir. İllərini sənətə verən bir insan kimi fəxri təqaüd istəyir. O təqaüdü alsa, müalicəsini də özümüz etdirərik, heç kimə ehtiyac qalmaz. Atam ömrü boyu heç kimə ağız açmayıb, heç kimin qapısını döyüməyib. Özünə hörmət edib. Bu gün də heç kimin köməyinə ehiyacı yoxdur, sadəcə olaraq haqqını istəyir”.