Avtomobildə doğuş oldu, körpə isə...

  • 2019.06.04 08:57
  • 16329 Baxış
Avtomobildə doğuş oldu, körpə isə...
Avtomobildə qızını dünyaya gətirən ananın körpəsi ölüb.
Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Aytac Qarayeva doğuş sancıları ilə xəstəxanaya aparılarkən avtomobildə doğub. Sonradan ana və uşaq xəstəxanaya yerləşdirilsə də, yeni doğulan qız uşağı tələf olub. 21 yaşlı Aytac Yevlax rayonunun Xaldan qəsəbə sakinidir. Məlumata görə, hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

 

 

Qeyd edək ki, bu, gənc ananın ilk hamiləliyi olub. 

Faktla bağlı araşdırma aparılır.