Hazırda TƏBİB-in e-tebib portalında xəstənin onlayn randevu götürməsi sistemində bir klnika – Yeni klinikanı seçmək imkanı var. Pasiyentlər isə səhər tezdən gedib növbə tutmaq, qeydiyyat növbələrindən yorulub. Sistemin təkmilləşdirilməsi prosesi başa çatır.
“Medicina” xəbər verir ki, bu barədə Yeni klinikanın rəhbəri Barat Yusubov brifinqdə danışıb.
“Hər kəsin bilməsini istəyirəm ki, e-tebibdə onlayn randevu ona görə bir klinika üzərində aparılır ki, bu pilot layihədir. Biz bunu etdik ki, bütün çətinlik, problemləri görək. Növbəti ilin yarısından portalda xəstəxana sayı çoxalacaq və onlayn növbə qaydası belə olmayacaq. Artıq pasiyent birbaşa həkimin növbəsinə yazılacaq və növbəsinin neçənci olmasını bilib, həmin saata yaxın klinikaya gedəcək”.
Aygün M