Xəstəyə 3D printerdə çap olunmuş qulaq tikdilər

  • 2022.06.06 13:54
  • 2179 Baxış
Xəstəyə 3D printerdə çap olunmuş qulaq tikdilər


Alimlər bir qulağını itirmiş xəstəyə 3D printerdə hazırlanmış və eynilə öz qulağına bənzəyən yeni qulaq tikiblər.


Bakupost.az xəbər verir ki, Amerika Biotexnoloji kompaniyası olan Therapeuticsin həkimləri sağlam qulaqdan qığırdaq nümunələri alıb, onu biomürəkkəblə qarışdırıb, kollagen əsaslı qulaq çap ediblər.

Anadangəlmə bir qulağı inkişaf etməyən şəxsin üzərində keçirilən əməliyyat uğurlu olub. İmplant qulaq zamanla daha təbii görünüş alacaq və mümkün qədər sinir hissiyatı yaranacaq.

Hələ ki, yeni elmi sınaqda 11 xəstəyə belə qulaq köçürüləcək.

3D implantları digər xəstəliklərdə, travma və qüsurlarda da tətbiq etmək mümkündür.

Hətta cinsi orqanı da gələcəkdə printerdə çap etmək mümkün olacaq