Xəyanət edən evli kişilərlə yeni mübarizə üsulu

  • 2019.08.15 09:27
  • 6932 Baxış
Xəyanət edən evli kişilərlə yeni mübarizə üsulu
Afrika ölkəsi Tanzaniyada hakim dairələr bütün evli kişilərin siyahısını İnternetdə yerləşdirmək niyyətindədir. Medicina.az xarici saytlara istinadən xəbər verir ki, buna səbəb evli kişilər tərəfindən aldadılan çoxsaylı qadınların şikayəti olub. Bu, ilk dəfə Dar-əs-Salam şəhərində tətbiq ediləcək. Region komissarı Pol Makondanın sözlərinə görə, siyahı dövlət veb-saytında yerləşdiriləcək."Bir çox qadınlar aldadılıb. Həmin hiyləgər kişilər çox qadını buraxıb gedib. Bu səbəbdən qadınlar ürəktutması və emosional travma yaşayıb”, - Makonda deyib.