Əsrlər boyu həm estetik, həm də müalicəvi məqsədlər üçün istifadə edilən xına təkcə bəzək vasitəsi kimi deyil, həm də təbii şəfa mənbəyi kimi diqqəti cəlb edir.
Medicina.az xəbər verir ki, xına təbii məhsul olsa da, xüsusilə dəri həssaslığı və ya xroniki xəstəlikləri olan insanların istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmələri tövsiyə olunur.
Bəs, xına hansı xəstəliklərə faydalıdır?
1. Antibakterial və antiviral xüsusiyyətlər
Xına təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Yaralara tətbiq edildikdə, infeksiya riskini azalda və dəridə bakteriya meydana gəlməsinin qarşısını ala bilər.
2. Eqzema və dəri xəstəliklərinə qarşı təsirlidir
Xına qaşınma, qızartı və qıcıqlanmanı aradan qaldıran təbii bir həlldir. Eqzema, göbələk və sədəf kimi dəri problemlərinin aradan qaldırılmasında dəstək olaraq istifadə edilir.
3. Baş ağrılarını aradan qaldırır
Xına yarpaqlarından hazırlanmış məcun alına çəkildikdə baş ağrısını aradan qaldıra bilər. Bu üsul əsrlər boyu ənənəvi tibbdə istifadə edilib.
4. Revmatizm və oynaq ağrılarına yaxşı gəlir
Xınanın tərkibindəki təbii komponentlər iltihab əleyhinə xüsusiyyətləri ilə oynaq ağrılarını və revmatik xəstəlikləri aradan qaldıra bilir. Xüsusilə ağrılı bölgələrə xına tətbiqləri xalq arasında geniş yayılmışdır.
5. Ayaq sağlamlığı üçün...
Ayağın tərləməsi, pis qoxu və göbələk problemləri üçün xına çox təsirli bitki həlli ola bilər. Ayağa çəkildikdə həm təravət verir, həm də göbələk əmələ gəlməsinin qarşısını ala bilir.
6. Saç və baş dərisi üçün müalicə mənbəsi
Xına saç tökülməsini azalda bilər, kəpəyin qarşısını alır və baş dərisinin qıcıqlanmasını sakitləşdirir. Eyni zamanda təbii saç boyası olaraq saçlara parlaqlıq və güc verir.
Aygün
Medicina.az