Xırdalan və Sumqayıtda polis postları quruldu - RƏSMİ

  • 2020.04.01 18:34
  • 1466 Baxış
Xırdalan və Sumqayıtda polis postları quruldu  - RƏSMİ

“Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıtda da polis postları qurulub”.

Medicina.ıaz xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq, orada yoxlamalar aparılıb:

“Postlar qurulub və orada da vətəndaşların zərurət olmadan evdən çıxma halları aşkar olunub.

Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Polisin tələblərinə tabe olmayan, xəbərdarlıqlara məhəl qoymayan şəxslər haqqında protokollar tərtib ediləcək”.