Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Medicina.az xəbər verir ki, hadisə Xırdalan şəhərində Kristal yaşayış kompleksində 25-ci binada baş verib.
İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində mənzillərdən birinin balkonundan yıxılıb. Onun həmin vaxt valideynlərinin evdə olmadığı deyilir.
MEDİCİNA.AZ