Xolesterolu aşağı salan - NAR

  • 2023.03.17 18:03
  • 1747 Baxış
Xolesterolu aşağı salan   -  NAR
Diyetoloqlar bildiriblər ki, xolesterolu azaltmaq üçün 2 porsiya nar suyu yetərlidir.


“Medicina” xəbər verir ki, həkimin fikrinə görə, şirə təkcə “pis” xolesterinin səviyyəsini deyil, həm də qan təzyiqini aşağı sala bilir.

Pəhriz xolesterol səviyyəsinə təsir edən amillərdən biridir. Həddindən artıq yağlı qidaların yeyilməsi, məşq etməmə və siqaret çəkmə ilə birlikdə xolesterol səviyyəsini yüksəltdiyi bilinir.

Mütəxəssis səviyyələri aşağı salmağın bir yolu olaraq, hər həftə iki porsiya nar şirəsi içməyi tövsiyə etdi.

Həkim – kardioloqun sözlərinə görə, nar şirəsi içməyin bir çox faydası var. Çünki tərkibində antioksidant xüsusiyyətlərə malik olan katexinlər bağırsaqlar vasitəsilə xolesterinin udulmasını azaldır.

Nar şirəsi orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salmaqla və damarlarda lövhə yığılmasını azaltmaqla qan damarlarının zədələnməsini məhdudlaşdırmaq qabiliyyətinə malikdir.

Həftədə iki dəfə bir stəkan nar suyu içsəniz, bu içkinin tərkibindəki antioksidantların faydasını görə bilərsiniz.
Nar şirəsi yüksək polifenol tərkibinə görə metabolik pozğunluqları olan xəstələrdə potensial faydalı təsirlərə malikdir.
Həkimlər xəbərdrlıq ediblər ki, hər səhər yeməyində şirə içmək vərdişi diabetə gətirib çıxardır.

Günay Quluzadə