Xroniki iltihab ciddi xəstəliklərə yol aça bilər

  • 2026.07.29 15:43
  • 138 Baxış
Xroniki iltihab ciddi xəstəliklərə yol aça bilər

Orqanizmdə uzun müddət davam edən iltihabın ciddi xəstəliklərin riskini artıra biləcəyini bildirilir.

Medicina.az xəbər verir ki, həkimlər xroniki iltihabın ürək-damar xəstəlikləri, insult, 2-ci tip diabet və bəzi xərçəng növləri ilə əlaqələndirildiyini bildirirlər.

Onların sözlərinə görə, daimi yorğunluq, əzələ və oynaq ağrıları, baş ağrısı, həzm problemləri və səbəbsiz çəki artımı xroniki iltihabın əlamətləri ola bilər.

Mütəxəssislər sağlam qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu, siqaret və alkoqoldan uzaq durmağın iltihab riskini azaltmağa kömək etdiyini vurğulayırlar. Davamlı şikayətlər olduqda isə həkimə müraciət etmək tövsiyə edilir.

Xanım,
Medicina.az