Xroniki xəstəliklərdən sağalmanın ən düzgün yolu- Uğurlu drenaj və detoksikasiya

  • 2020.09.21 19:33
  • 35275 Baxış
Xroniki xəstəliklərdən sağalmanın ən düzgün yolu - Uğurlu drenaj və detoksikasiya


İnsan orqanzimində drenaj və detoksikasiya - həyat fəaliyyəti nəticəsində orqanizmdə əmələ gəlmiş metabolitlərin və toplanmış toksiki maddələrin xaric edilməsinə yönəlmiş prosesdir.

Orqanizmin daxili mühitində homeostazın, həyat fəaliyyəti və sağlamlığın qorunması üçün ən vacib şərtlərdən biri drenaj mexanizmlərinin adekvat və mükəmməl işidir. Bundan əlavə, uğurlu detoksikasiya və hüceyrəarası mühitin təmizlənməsi psixo-neyro-immuno-endokrin tənzimləməni də normallaşdırır. Beləliklə, bioloji yönümdən yanaşdıqda, xəstəliklərin müalicəsində drenaj və detoksikasiya ilkin və vacib məsələlərdən biridir.


“Uğurlu müalicə - uğurlu drenaja əsaslanır”

İstənilən ixtisas həkimləri öz praktikalarında detoksikasiyaedici terapiyadan tez-tez istifadə edir. Bu, əsasən çox miqdarda maye qəbulu və gücləndirilmiş diurezlə müşayiət edilən detoksikasiyaedici və infusion terapiyadan ibarətdir. Bu taktika müəyyən şəraitdə düzgün və işlək olsa da, yalnız qanı təmizləməyə kömək etmiş olur. Bu zaman limfa, hüceyrəarası və hüceyrədaxili sahədə yığılmış toksinlər diqqətdən kənarda qalır.

Ona görə də
universal patogenetik drenaj vasitələrinin axtarışı həm ümumi praktika, həm də dar ixtisaslı həkimlər üçün hər zaman aktual olaraq qalır.


Lymphomyosot - tənzimləmənin bərpası, drenaj və detoksikasiya üçün nəzərdə tutulan vacib preparatdır.

Unikal tərkibinə görə kompleks limfodrenaj, ödeməleyhinə, detoksikasiyaedici təsir göstərir. Əlavə olaraq, preparatın maddələr mübadiləsini yaxşılaşdırmaq və iltihab əleyhinə təsiri də mövcuddur. Bu xassələri Lymphomyosotun kompleks terapevtik effektini və onun bir çox patoloji proseslər zamanı istifadəsini təmin edir:

• müxtəlif etiologiyalı kəskin və xroniki iltihabi xəstəliklərin müalicəsində
• degenerativ – distrofik proseslər zamanı kompleks terapiyada
• immunodefisitli vəziyyətlərdə.

Lymphomyosotun boşluqlu orqanlara (burun- udlaq, traxeya, bronxlar, mədə-bağırsaq traktı, urogenital
trakt) bir tropluğu var. Boşluqlu orqanlar xarici mühitlə daxili mühit arasında bir baryer təşkil edirlər. Buna
görə də orqanizmi yadmənşəli toksiki maddələrin və mikroorqanizmlərin təsirindən qorumaq üçün immun
sistemi onların ətrafında limfa damarları və limfa düyünlərindən ibarət güclü bir şəbəkə qurmuşdur.


Lymphomyosot preparatının bütün komponentlərinin immun müdafiədə və detoksikasiya proseslərində
iştirak edən limfa sisteminə tropluğu var. Preparatın geniş spektrli təsiri onun tərkibindəki potensiyalaşmış
12 bitki, 1 heyvan, 3 mineral və qalxanvari vəzin potensiyalaşdırılmış hormonu-levotiroksin də daxil
olmaqla 17 təbii komponent hesabına həyata keçirilir.


Lymphomyosotun bitki mənşəli komponentləri onun limfodrenaj, ödeməleyhinə, dezintoksikasion, immunomoduləedici və iltihabəleyhinə təsirini təmin edir.
Preparat toxumalardan limfa axınını aktivləşdirir, limfa düyünlərinin baryer funksiyasını gücləndirir, artıq
mayenin və toksiki maddələrin matriksdən xaric edilməsini tezləşdirir. Mikrosirkulyasiya dedikdə bəzən yalnız qanın arteriyalardan venalara hərəkəti nəzərdə tutulur. Lakin yaddan çıxarmaq lazım deyil ki, mikrosirkulyator axının çox vacib digər bir hissəsi də var. Bu, toxumalardan mayenin xaric edilməsini təmin edən mayelərin hüceyrəarası sahədə hərəkəti və limfa axınıdır. Lymphomyosot məhz bu hissəyə təsir edir. Lymphomyosot limfatik konstitusiyalı xəstələrdə nəzərə çarpan effekt verir. Həmin xəstələr piylənməyə, ödemlərə meyilli, pastoz toxumalı, solğun dəri örtüyü olan insanlardır.

Lymphomyosotun önəmli xüsusiyyətlərindən biri də başqa preparatlara qarşı toxumaların, o cümlədən hüceyrə reseptorlarının həssaslığını artırmasıdır. Bu səbəbdən Lymphomyosot qalxanvari vəzin hipofunksiyası ilə əlaqəli piylənmənin kompleks müalicəsində istifadə edilir. Bağırsağın limfa sistemini - peyer düyüncüklərini aktivləşdirməklə, Lymphomyosot bağırsaq selikli qişasının yerli immunitetini gücləndirir və bu səbəbdən də mədə- bağırsaq traktının infeksion xəstəliklərində və bağırsaq disbiozunun kompleks müalicəsində istifadə edilir. Digər selikli qişaların disbiotik pozulmalarında da Lymphomyosot eyni təsiri göstərir. Limfa axınını yaxşılaşdırmaq məqsədilə Lymphomyosot kardial və böyrək mənşəli ödemlərdə, cərrahi əməliyyat və travmalardan sonra müşahidə edilən limfa durğunluqlarında istifadə olunur.


Lymphomyosot-un təyinatına göstəriş:

• limfa sisteminin xəstəlikləri (limfadenopatiyalar, mezoadenit, limfatizm, badamcıqların hipertrofiyası, o cümlədən adenoidlər)

• müxtəlif mənşəli kəskin və xroniki iltihabi proseslər (rinosinusit, bronxit, xroniki tonzillit,
tonzilogen və vərəmin toksikasiyası, mədəbağırsaq və urogenital traktın iltihabi xəstəlikləri)

• immundefisitli vəziyyətlər (tez-tez xəstələnən uşaq və böyüklər)
• allergik xəstəliklər

• mikrosirkulyator pozulmalar (diabetik polineyropatiyalar, posttravmatik ödemlər, ürək və böyrək mənşəli ödemlər)
• degenerativ -distrofik xəstəliklər

• yenitörəmələrin (mastopatiya, yumurtalıq kistası, uşaqlığın fibromioması) kompleks müalicəsində



Lymphomyosot damcı, həb və inyeksion məhlul şəklində buraxılır, bu da onun optimal qəbul qaydasını təmin edir. İnyeksion formanı biopunktura (ağrılı, refleksogen nöqtələrə dərialtı, dəriiçi inyeksiyalar) və Rekkeveq üsulu ilə pilləli autohemoterapiya ilə tətbiq etmək olar. Komponentlərin kiçik dozası hesabına Lymphomyosot yüksək təhlükəsizlik profilinə malik olub, yan təsir göstərməyən, həm monoterapiya şəklində, həm də kompleks bioloji və ənənəvi allopatik preparatlarla birlikdə bütün kateqoriya (körpə, hamilə, süd verən ana,yaşlı insanlar) pasiyentlərdə istifadə edilə bilən preparatdır. Yadda saxlamaq lazımdır ki, hipertireoz zamanı tərkibindəki Levotiroksin və Ferrum jodatum komponentlərinə görə preparat müalicə həkiminin nəzarəti altında qəbul edilməlidir.


Beynəlxalq təcrübə göstərir ki, tərkib və limfa sisteminə təsirinə görə analoqu olmayan Lymphomyosot müxtəlif ixtisaslı həkimlərin praktikasında uğurla istifadə edilir. Lymphomyosot tənzimləmə proseslərinin bərpasında, drenaj və detoksikasiya prosesində seçim preparatıdır.