Yağıntılı və küləkli hava nə vaxta kimi davam edəcək?

  • 2022.09.14 18:53
  • 396 Baxış
Yağıntılı və küləkli hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, sentyabrın 14-ü saat 17:30-a olan məlumatına əsasən Şəmkir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Tərtərdə şimşək çaxıb, arabir yağış yağıb.


Şimal-qərb küləyi Naftalanda 26 m/s, Tərtərdə 25 m/s, Ağdamda 24 m/s, Göyçay, Ağstafa, Şəkidə 20 m/s, Mingəçevir, Gəncədə 18 m/s, Ceyrançöldə 17 m/s, Naxçıvanda 16 m/s, Bərdədə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Qum yataqda 18 m/s, Neft Daşlarında 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.


Ölkə ərazisində müşahidə olunan güclü küləkli, yağıntılı hava şəraiti sentyabrın 15-i gündüzədək davam edəcək.

Seçilmiş Zəngimcell