Yağış suyu toksiki zəhərlidir, xərçəng əmələ gətirir - Alimlər

  • 2022.08.15 16:14
  • 2135 Baxış
Yağış suyu toksiki zəhərlidir, xərçəng əmələ gətirir  - Alimlər


Alimlər yağış suyundan istifadəni, hətta yağış altında dayanmağı tövsiyə etmir.

Bakupost.az xəbər verir ki, İsveçin Stokholm universitetinin alimləri dünyanın müxtəlif ərazilərindən yağış sularını test ediblər.

Onlar yağış suyunda PFAS adlı toksinləri təhlil ediblər.

Bu maddə süni və çox toksiki kimyəvi maddədir, Yerin atmosfer qatında yığılıb yayılır. Ona görə yağış yağdıqda bu toksiki maddələri aşağı endirir.

Elmi portal EurekAlert xəbər verir ki, getdikcə bu maddənin yağış sularında toplanması artır və təhlükəli həddi keçir.

ALimlər ona görə PFAS-dan ehtiyat edir ki, o dölün inkişafını saxlayır, xərçəngə səbəb olur, immun sistemdə problemlər yaradır.

Baxmayaraq ki, Avropa artıq bu maddənin istehsalatda istifadəsini dayandırıb, o hələ uzun illər ətraf mühitdə dövr edəcək.

Ona görə alimlər yağış suyunu heç bir məqsədlə istifadə etməməyi tövsiyə edir.
\