Yağlı yeməklərə meyillilik beyini tükədir – ALİMLƏR

  • 2023.05.30 14:13
  • 1089 Baxış
Yağlı yeməklərə meyillilik beyini tükədir  – ALİMLƏR
Yağlı yeməklərə meyillilik bir sıra xəstəliklərlə yanaşı beyindəki problemlərlə əlaqəli ola bilər.


“Medicina” xəbər verir ki, Maks Plank İnstitutunun bioloqları, həddindən artıq miqdarda yağ və kalorili qeyri-sağlam pəhrizin piylənmə və 2-ci tip diabet kimi əlaqəli xəstəliklərin inkişafına, eləcə də beynin bütün funksiyalarına zərər verdiyini aşkar ediblər.

Əslində yağlılığa meyilli lik yüksək diabet riski və yağdan sui-istifadə nəticəsində beyində baş verən mənfi proseslərlə əlaqəlidir.


Alimlər müəyyən ediblər ki, sərbəst doymuş yağ turşuları orqanizmin müəyyən hüceyrələrinə toksik təsir göstərir və qlükozanın əsas daşıyıcısı olan mühüm protein GLUT-1 istehsalının azalmasına səbəb olur.


Mütəxəssis Aleksandr Risin sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, 3 gün ərzində yuksək yağlı pəhrizdə saxlanılan siçanların qanında qlukozanın beyin tərəfindən mənimsənilməməsi baş verir.

Nəticədə, siçanların gündəlik çoxlu kalori qəbul etməsinə baxmayaraq, aclıqdan ölürdülər.

Alimlərin müşahidəsi göstərdi ki, yağlı qidaların həddindən artıq yeyilməsi nəticəsində yaranan qlükoza çatışmazlığından beyin və orqanizmin bərpası üçün bir neçə həftə lazımdır. Beynin belə məcburi “aclığı” diabetə səbəb ola bilər.


Günay Quluzadə