Yaponiyadan güclü zəlzələ xəbərdarlığı

  • 2021.12.22 14:54
  • 2354 Baxış
Yaponiyadan güclü zəlzələ xəbərdarlığı
Yaponiyanın şimal-şərqində və şimalında yerləşən yeddi prefekturada 9 bal gücündə ehtimal olunan zəlzələ zamanı 200 minə qədər insan həyatını itirə bilər.

Belə bir xəbərdarlıq Yaponiya hökumətinin çərşənbə axşamı dərc olunmuş rəsmi proqnozunda yer alıb. Onun ekspertlərinin fikrincə, bütün tələfatlara zəlzələdən sonra güclü sunami səbəb olacaq.

Mütəxəssislərin fikrincə, 9 bal gücündə zəlzələ 220 minə qədər binanın tamamilə dağılmasına səbəb ola bilər, ümumi iqtisadi zərər isə 275,5 milyard dollardan (468,3 milyard manatdan) çox olar.

Hökumət gələn ilin əvvəlində potensial zərərin azaldılması üçün tədbirlər kompleksi elan etmək niyyətindədir.

Ekspertlər bildiriblər ki, sunami gələnə qədər əhalinin effektiv təxliyəsi təşkil olunarsa, ölənlərin sayını 80% azaltmaq olar. Bununla belə ən əlverişsiz şəraitdə - gecə saatlarında və qışın ortasında güclü zəlzələ baş verərsə, qurbanların sayı artacaq.