Yaponlar yüngül COVID-dən daha çox ölürlər

  • 2025.09.10 20:22
  • 164 Baxış
Yaponlar yüngül COVID-dən daha çox ölürlər


Yaponiya Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin mütəxəssisləri müəyyən ediblər ki, Günəş Ölkəsində COVID-19-un orta dərəcədə simptomları inkişaf etdirdikdən sonra ölüm sayında artım var.

Əvvəllər belə hesab olunurdu ki, oksigen avadanlığına qoşulmağı və xəstənin reanimasiyaya yerləşdirilməsini tələb edən koronavirusun ən ağır formaları ölümcül təhlükə yaradır. İndi müəyyən edilib ki, yüngül formada koronavirusdan sonra dünyasını dəyişən xəstələrin xeyli hissəsində infeksiyadan sonra ağırlaşmalar orqanizmi sıradan çıxarır.

“Medicina” xəbər verir ki, ekspertlər avqustun sonuna qədər ölkənin müxtəlif xəstəxanalarında xəstəxanaya yerləşdirildikdən sonra vəfat edən COVID-19-a yoluxmuş 2861 xəstə ilə bağlı məlumatları təhlil ediblər.


Beşinci dalğa (2021-ci ilin yay-payızı) zamanı dünyasını dəyişənlərin 42%-də ağır simptomlar inkişaf edib, lakin 2022-ci ilin əvvəlində başlayan altıncı dalğada (Omikron ştammı) bu rəqəm 13%-ə düşüb. Son yeddinci dalğada isə koronavirusun ağır forması ondan dünyasını dəyişənlərin yalnız 5 faizində müşahidə olunub.


Aygün Musayeva