Yardım üçün daha geyim göndərməyin- Türkiyə səfiri

  • 2023.02.14 17:09
  • 1614 Baxış
Yardım üçün daha geyim göndərməyin - Türkiyə səfiri


"Yardım toplama məntəqələrinə daha geyim göndərilməməsini xahiş edirik".


"Medicina" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı brifinq zamanı deyib.

Çünki həddən artıq çox geyim göndərilib və hazırda paylanılması üzrə işlər görülür.

"Daha çox qış çadırı, ədyal, qızdırıcı kimi ləvazimatlar göndərilməsini xahiş edirik. Həmçinin pul vəsaiti üçün hesablar açıqlanıb. Yardımları ora göndərmək olar", - səfir qeyd edib.