Yaş yarımlıq uşağın mədəsindən çıxarılanlar - Həkimləri təəccübləndirdi

  • 2021.10.25 15:37
  • 1612 Baxış
Yaş yarımlıq uşağın mədəsindən çıxarılanlar -  Həkimləri təəccübləndirdi
Dənizlidəki Pamukkale universiteti xəstəxanasında 19 aylıq körpə təcili əməliyyat olunub.

Uşağın mədəsindən çıxanlar həkimləri şoka salıb.

Məlum olub ki, balaca Murad oyuncaq kimi istifadə edilən 17 ədəd maqnit muncuq udub.

Həkimlərin sözlərinə görə, maqnitlər uşağın mədəsində bir ay qalıb.

Əməliyyatdan sonra xəstənin səhhətinin normal olduğu bildirilib. Valideynlərə isə daha diqqətli olmaq tövsiyə edilib. Maqnit muncuqların orqanizmə düşməsi çox təhlükəlidir və mədənin yırtılması və ölümə səbəb ola bilər.