Yaşadığı evin zirzəmisində yanaraq öldü

  • 2026.06.16 10:00
  • 214 Baxış
Yaşadığı evin zirzəmisində yanaraq öldü

Ağstafada yanğın olub.

Medicina.az “Qafqazinfo”ya istimadla xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.