“Yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin qorxusu yoxdur”- Səhiyyə naziri

  • 2022.06.17 15:16
  • 1807 Baxış
“Yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin qorxusu yoxdur” - Səhiyyə naziri


“Azərbaycanda uzun müddətdir əhali digər çiçək növlərinə qarşı peyvənd olunduğu üçün yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki peyvənd olunublar”.



Medicina.az xəbər verir ki, bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.


Gənc nəslə gəlincə, Teymur Musayev deyib ki, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:

“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.