Yaşlı insanlar üçün ən faydalı giləmeyvə

  • 2022.08.08 15:15
  • 1964 Baxış
Yaşlı insanlar üçün ən faydalı giləmeyvə

Gilas və albalı yaxşı yatmağa kömək edir, qarağat isə kataraktadan qoruyur.

Bakupost.az xəbər verir ki, həkim dietoloq Yelena Solomatina yaşlı insanlar üçün vacib olan faydalı giləmeyvələrin təsirini açıqlayıb.
"Giləmeyvələr xəstəliklərin profilaktikası üçün əla vasitə ola bilər. Qarağat, qaragilə, moruq, böyürtkən, yemişan, çiyələk güclü
antioksidantlardır, bədəndə turşuluq proseslərini azaldır, xərçəng hüceyrələrinin aktivləşməsinə imkan vermir.

Çaytikanı isə ürək-damarda degenerativ dəyişikliklərin qarşısını alır, qocalma prosesini ləngidir.

Ümumiyyətlə, 50 yaşdan sonra onkoloji proseslər aktivləşdiyi üçün gilmeyvələrdən istifadə artmalıdır.

Gilas və albalıda təbii melotonin var, yuxudan əvvəl bir az yemək yatmağa kömək edir.

Moruqda isə təbii C vitamini, aspirin var, qanı durulaşdırır, tromb əmələ gəlməsinə mane olur. Görmənin itməməsi üçün qlaukomaya qarşı qara qarağat faydalıdır".

O, qeyd edib ki, yaşlı insanlar gündə yarım stəkan bir və ay 2-3 adda giləmeyvə miksi yeyə bilər.