Çinin Makao şəhərində yaşlı bir qadın sakitcə küçədə gəzərkən qəfildən arxasında humanoid robot peyda olub.
Medicina.az xəbər verir ki, qadın qollarını qaldıran robotu qəzəblə "dəli" adlandıraraq itələyib. Qadın həmçinin robotların yoldan keçənlərə sataşmasının kobudluq olduğunu bildirib. Panikaya düşən qadın hətta müayinə üçün xəstəxanaya göndərilib.
Problem törədən səbəbkar polis tərəfindən aparılıb. Məlum oldu ki, robot yerli təhsil mərkəzi tərəfindən küçələrdə reklam məqsədləri üçün istifadə olunu. Maşın operator tərəfindən idarə olunur.
Aygün Musayeva