Yaşlı qadına seksual hərəkətlər edən 25 yaşlı gənc həbs edildi

  • 2026.04.23 00:21
  • 241 Baxış
Yaşlı qadına seksual hərəkətlər edən  25 yaşlı gənc həbs edildi

Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və həmin şəxs barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.