Yatağın altına çörək sodası qoymaq görqn, nə işə yarayır...

  • 2026.01.21 20:00
  • 79 Baxış
Yatağın altına çörək sodası qoymaq  görqn, nə işə yarayır...

Yuxuda çətinlik çəkən, səhərlər yorğun oyanan və ya yataq otağındakı ağır havadan şikayətlənənlər üçün həll mətbəx şkafınızda gizlidir.

Medicina.az xəbər verir ki, mətbəxlərdə əvəzolunmaz tərkib hissəsi olan çörək sodası yalnız çörəkçiliklə məhdudlaşmır.

Son zamanlar bir çox insan yatağın altına bir qab çörək sodası qoymağa başlayıb.

Məlum olur ki, bu sadə üsul yuxu keyfiyyətindən tutmuş otaq gigiyenasına qədər hər şeyi dəyişir...

Çörək sodası təbii qoxu uducu və quruducudur. Döşəyinizin altına bir kasa soda qoymaq, gecə ərzində otaqdakı artıq nəmi saxlayacaq və pis qoxuları neytrallaşdıracaq.



Təmiz havada yatmaq ağciyərlərinizin daha rahat istirahət etməsinə imkan verir və dərin yuxu mərhələsini uzadır.

Döşəyin altındakı sahə tozun ən çox toplandığı yerdir. Sodanın quruluşu döşəyin ətrafında gənələrin (toz gənələrinin) əmələ gəlməsini yatırır.

Allergiyası olanlar üçün bu, gecə boyunca burun tıxanıqlığı olmadan rahat bir yuxu deməkdir.

Aygün
Medicina.az