Yataq ağlarını neçə gündən bir dəyişməlisiz?

  • 2023.05.25 15:39
  • 1422 Baxış
Yataq ağlarını neçə gündən bir dəyişməlisiz?
Yataq dəsti artıq tər qoxusu verməyə başlayanda, dəyişmək, əlbəttə ki, gecdir.

“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, çılpaq yatırsınızsa və ya çox tərləyirsinizsə, ən azı həftədə bir dəfə çarşafları, yorğan və yastıq örtüklərini dəyişdirməlisiniz.

“Məsələ burasındadır ki, biz yataq otağı və çarpayımızı təxminən bir milyon toz gənəsi ilə bölüşürük. Bu kiçik canlılar döşəkdə, çarpayıda və yorğanda gizlənib, yaşayır, artırlar.

Onların nəcisləri bizi xəstə edir və müntəzəm olaraq tənəffüslə udularsa, astma bronxit allergiyasına səbəb ola bilər.
Bunun qarşısını almaq üçün yorğan və yastığınızı da altı aydan bir tam yumalısınız”.

Yeri gəlmişkən, yataq paltarlarını 30-40 dərəcə temperaturda güclü və ya universal yuyucu vasitə ilə yumaq kifayətdir. Rəngli əşyalar üçün yuyucu vasitələrdən istifadə edirsinizsə, örtükləri həmişə 60 dərəcədə yumalısınız.

Aynurə Məmmədova