“Dövlət tibbi spirt və maska istehsalına dəstək olur”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
"Dünən gecə Azərbaycana təyyarə ilə maska istehsalı üçün xammal gətirilib.
Yaxın günlərdə 2-3 qat bakterioloji, nano və tibbi maskaların istehsalına başlanılacaq. Gündə 200 min maska istehsal olunacaq. Dünyada tələbat artdığı üçün başqa ölkələr maska və xammalı satmaqdan imtina edir. Hətta artıqlaması ilə ödəniş etmək istəsəniz belə, bundan imtina edirlər. Bizim dövlət və iş adamları öz nüfuzlarından istifadə edərək bu məsələni həll ediblər”