Yaxşı ki, bu xəstəliyi mənə verdi, atama, qızıma, bacılarıma yox - Xərçəngdən əziyyət çəkən aktrisa

  • 2022.11.11 15:06
  • 1980 Baxış
Yaxşı ki, bu xəstəliyi mənə verdi, atama, qızıma, bacılarıma yox   - Xərçəngdən əziyyət çəkən aktrisa


"Hər kəslə vidalaşmaq qərarına gəlmişəm. Çox az vaxt qalıb. Mən belə güman edirəm. Bunu həkimlər deməyib. Özüm araşdırdım ki, kəllə-beyin xərçəngi olan 6 ay yaşayır”.

"Medicina" xəbər verir ki, bu sözləri əməkdar artist Tünzalə Əliyeva deyib.

“Serial çəkilişlərində bir çox aktyorlarla birgə işləyirəm. Bu gün çəkiliş günümüz idi. Dilarədən (Əməkdar artist Dilarə Əliyeva – red.) xahiş etdim ki, burax mən gedim atamla vidalaşım və onun halallığını alım. Deyim ki, ata, mənə halallıq ver, gedirəm.

Fani dünyadır, bəlkə də sağaldım. Bəlkə gələn dəfə gələndə yaxşı olacağam, yenə gələcəyəm, sağ gələcəyəm, bilmirəm. Amma bu gün üçün çarəsizəm. Ona görə çarəsizəm ki, əlimdən heç nə gəlmir. Həkim deyiləm, tibbin gücü çatmır.

Allahımdan çox razıyam. Yaxşı ki, bu xəstəliyi mənə verdi, atama, qızıma, bacılarıma yox. Bu xəstəliyi çəkə biləcək adam mənəm. Heç kimdən heç nə istəmirəm. Nəfəs almağım çox pisləşib. Ağrılarım var. Törəmələr çoxalıb. Ona görə bu vəziyyətdəyəm".

O, həyat yoldaşı Röyalın ona dəstək olması ilə bağlı bu sözləri deyib:

"Yanımdadır, uşaq bu stresi yaşamasın deyə, xoşlamır ağlayım. Qızım bir dəfə dedi ki, "Həkimlər səni sağalda bilmirlər, ana?". Deyirəm sağaldacaqlar, ay Zəhra. Deməyim odur ki, bu dəqiqə istəmirəm o, stres yaşasın, mən isə ağlayam. Röyal bu dəqiqə onu bacımgilə apardı. Bir az özü də ürəyindən əməliyyat olunub deyə, stres yaşamasın. Təbii ki, yanımdadırlar, qayınanam bir ay yanımda qaldı. Ağır vaxtlarımda dəstək olub.

Nəfəs almağım çox pisləşib. Bərk ağrılarım olur... 65 kimiya almışam, artıq bunu dayandırdıq. 10 dəfə şüa alacağam. Ondan sonra MRT-nin cavabına əsasən qərarlar qəbul ediləcək".