Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yay sevincini pozan təhlükə: Bağırsaq infeksiyaları

  • 2025.06.28 15:00
  • 60 Baxış
Yay sevincini pozan təhlükə:  Bağırsaq infeksiyaları

Yayda artan bağırsaq infeksiyaları kiçik səhlənkarlıq və səhvlərlə sağlamlığı ciddi şəkildə təhdid edə bilər.

Gigiyena qaydalarına diqqət yetirməklə və sağlam qidalanmaqla bu riskləri minimuma endirmək mümkündür.

Medicina.az xəbər verir ki, yay aylarının gəlişi ilə milyonlarla insan tətil planları qurmağa başlayıb.

Dəniz, günəş və qum xəyalları bizi isitsə də, sağlamlığımızı təhdid edən bəzi riskləri də özü ilə gətirir.




Xüsusilə isti havalarda tez-tez rast gəlinən bağırsaq infeksiyaları həm tətil sevincini pozur, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Medipol Mega Universiteti Xəstəxanasından Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Esin Qorqud yay aylarında tez-tez rast gəlinən bu infeksiyalara qarşı gigiyena və balanslı qidalanmanın əhəmiyyətinə diqqət çəkib.

Yay infeksiyalarının ən çox ürəkbulanma, qusma, qarın ağrısı və ishal ilə özünü göstərdiyini ifadə edən həkim deyib:

"Təəssüf ki, bu infeksiyaları çox vaxt özümüz ötürürük. Ən böyük çirklənmə mənbəyimiz əllərimizdir. Bu səbəbdən əlləri bol su və sabunla yumaq ən sadə, lakin ən təsirli qorunma üsuludur. İsti havalarda ət, yumurta, mayonez kimi tez xarab olan qidaların gigiyenik şəraitdə saxlanmaması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Qızdırma, qanlı ishal və ya uzun sürən qarın ağrısı kimi hallarda mütləq həkimə müraciət edilməlidir”.



Bağırsaq sağlamlığı üçün yüksək lifli qidalanmanın əhəmiyyətini vurğulayan Dr.Qorqud xüsusilə yay aylarında lif qəbulunun artırılması lazım olduğunu söyləyib.

O, yüksək lifli qidaların və suyun həm bağırsağı tənzimlədiyini, həm də toksinlərin atılmasını asanlaşdırdığını bildirib.

Yay aylarında artan arıqlama səylərinə də toxunan Prof.Dr.Qorqud, "Arıqlamaq istəyənlər mütləq dietoloq nəzarəti altında hərəkət etməlidirlər. Ac qalmaq yerinə balanslı bir pəhriz, Aralıq dənizi tərzi pəhriz və birlikdə idman etməyi tövsiyə edirik" dedi.

Aygün
Medicina.az