Yay yeməyi ovdux xərçəngdən qoruyur – Həkim

  • 08 İyn 2022 15:42
  • 1232 Baxış
Yay yeməyi ovdux xərçəngdən qoruyur  – Həkim

İsti yay günlərinin sərin yeməyi doğramacın daha bir faydası açıqlanıb.


Bakupost.az xəbər verir ki, endokrinoloq Zuhra Pavlova bu qidanın ən dietik, ən faydalı yemək olduğunu deyib.

“Doğramacın tərkibində olan tərəvəz, göyərti lif mənbəyidir, yumurta zülal, turp isə sulforafan və indol karbinolla zəngindir. Bu maddələr onkoloji xəstəliklərin profilaktikasında mühüm rol oynayır.


Yaxşı olar ki, doğramaca qatılan xiyarın qabıqları soyulmasın, çünki məhz qabıqda çoxlu lif var. Ovduxa təbii kvas qatılması da faydalıdır. Ovdux bağırsaq mikroflorasını qatıq və kefirin sayəsində tənzimləyir, faydalı bakteriyalar çoxalır, nəticədə insanın immuniteti yüksəlir, beyni güclənir, əhvalı yaxşılaşır”.


Aygün Musayeva
BakuPost