Türkiyədə ər arvadını yemək bişirmədiyinə gğrə döyərək öıdürüb.
Medicina.az xəbər verir ki, hadisə 21 yanvar 2025-ci ildə Beyobası Məhəlləsində baş verib.
34 yaşlı Yunus Qorkut 112 Təcili Yardım Mərkəzinə zəng edərək həyat yoldaşının huşunu itirdiyini bildirdikdən sonra Ümmühan Qorkut xəstəxanaya aparılıb və bədənində göyərmələr aşkar edilib. Beyin qanaması diaqnozu qoyulan gənc qadın əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Vəziyyəti ağır olan 25 yaşlı Ümmühan Qorkut bir həftə sonra müalicə aldığı xəstəxanada vəfat edib. Dəfn mərasimi yarılma prosedurlarından sonra Beyobası Məhəlləsində keçirilib.
Baş Prokurorluğun göstərişi ilə nəzarətə alınan Yunus Qorkut məhkəmə tərəfindən həbs edilib. Təqsirləndirilən şəxsə qarşı "həyat yoldaşını qəsdən öldürməyə cəhd" maddəsi ilə iş açılıb.
Muğla 1-ci Ağır Cinayət Məhkəməsində keçirilən hökm oxunuşunda təqsirləndirilən şəxs "həyat yoldaşının ölümünə səbəb olan qəsdən xəsarət yetirmə" cinayətinə görə 14 il həbs cəzasına məhkum edilib. Məhkəmə cinayətin törədilmə tərzini və niyyətin şiddətini nəzərə alaraq cəzada heç bir ixtiyari azaltma tətbiq etməyib.
Aygün
Medicina.az